bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 35
Psalms 35
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş.Mənimlə döyüşənlərlə Sən döyüş.
2
Qalxan və sipərini əlinə al,Qalx, mənim imdadıma çat.
3
Nizəni tutub ardımca düşənlərin yolunu kəs,Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
4
Canımın qəsdinə duranlarQoy utanıb rüsvay olsunlar,Mənə qarşı pis niyyəti olanlarGeri qovulub biabır olsunlar.
5
Saman çöpü tək olsunlar, onları yel sovursun,Rəbbin mələyi onları silib atsın.
6
Qoy yolları zülmət, sürüşkən olsun,Qoy Rəbbin mələyi onları qovsun.
7
Çünki nahaq yerə mənə tələ qurdular,Nahaqdan canım üçün quyu qazdılar.
8
Qoy başlarına qəfil fəlakət gəlsin,Qurduqları tələyə özləri düşsün,Hazırladıqları bəlaya düçar olsunlar.
9
Onda canım Rəblə şad olacaq,Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
10
Bütün varlığımla belə deyəcəyəm:«Ya Rəbb, Sənin kimisi varmı?Məzlumu ondan güclünün əlindən,Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
11
Amansız şahidlər qalxırlar,Yalandan üzümə dururlar.
12
Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm,Əzizi ölən bir adama bənzəyirəm.
13
Vaxtı ilə onlar xəstələnərkənÇul geyib, oruc tutub canıma zülm edirdim,Başımı aşağı salıb dua edirdim.
14
Onları özümə dost və qardaş bilirdim.Anası üçün yas tutan adam təkBükülüb hüznlə gəzirdim.
15
Lakin mən büdrəyərkənBir yerə toplaşıb sevindilər.Tanımadığım əclaflar mənə qarşı toplaşdılar.Dayanmadan məni didirdilər,
16
Şikəstləri təhqir edən allahsızlar kimiMənə dişlərini qıcayırdılar.
17
Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan?Canımı məhv edilməkdən,Həyatımı bu gənc aslanlardan qurtar.
18
Çoxlu camaat arasında Sənə şükür edəcəyəm,Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.
19
Qoyma haqsız düşmənlərim mənə görə sevinsin,Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
20
Çünki onlar sülh üçün danışmırlar,Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.
21
Ağızlarını üstümə iri açıb belə deyirlər:«Aha! Aha! Bax, öz gözümüzlə gördük».
22
Ya Rəbb, bunu gördün, indi susma,Ey Xudavənd, məndən uzaq durma.
23
Ey Xudavənd Allahım, oyan, qalx,Bu mübarizəmdən qoy mən haqlı çıxım.
24
Ədalətinə görə mənə bəraət qazandır,Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.
25
Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!»Qoyma söyləsinlər: «Onun başını yemişik!»
26
Pis günümə şadlananlarQoy utanıb biabır olsunlar,Qarşımda qürrələnənlərXəcalətə, rüsvayçılığa bürünsünlər.
27
Mənim haqlı çıxmağımı istəyənlərSevinib Səni mədh etsinlər.Daim belə söyləsinlər:«Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»
28
Dilim Sənin salehliyindən deyəcək,Daim Sənə həmd edəcəyəm!
← Chapter 34
Chapter 36 →