bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 32
Psalms 32
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Üsyankarlığı bağışlanan,Günahı əfv olunan insanNə bəxtiyardır!
2
Rəbb tərəfindən təqsirkar sayılmayan,Qəlbində hiylə olmayan insanNə bəxtiyardır!
3
Etiraf etməyəndəBütün gün nalə çəkməkdənSümüklərim taqətdən düşdü.
4
Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,Sanki yayın quraqlığı məni taqətdən saldı.
5
Sonra Sənə günahımı etiraf etdim,Təqsirlərimi gizlətmədim.Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm».Təqsirimi, günahımı bağışladın.
6
Buna görə hər bir möminSəni tapan zaman Sənə dua etsin.Azğın sellər daşsa da,Möminə toxunmaz.
7
Sığınacaq yerim Sənsən,Məni dardan hifz edirsən.Zəfər harayı iləƏtrafımda dövr edirsən.
8
Dedin: «Sənə təlim verəcəyəm,Gedəcəyin yolu öyrədəcəyəm.Nəsihət verəcəyəm,Gözüm sənin üstündə olacaq.
9
At yaxud qatır kimiŞüursuz olmayın.Cilov, yüyən vurulmasa,Onlar idarə edilə bilməz».
10
Pislərin başına çox bəla gələr,Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
11
Ey salehlər, fərəhlənin,Rəbbə görə sevinin!Ey ürəyidüz olanlar,Onu mədh edin!
← Chapter 31
Chapter 33 →