bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 26
Psalms 26
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Məni haqlı çıxar, ya Rəbb,Çünki mən kamalla gəzmişəm,Sarsılmadan Rəbbimə güvənmişəm.
2
Ya Rəbb, məni sınaqdan keçir,Sən məni imtahan et,Qəlbimi, fikirlərimi saf et.
3
Məhəbbətin gözümün önündə durur,Sənin sədaqətinlə gəzirəm.
4
Yalançı insanlarla oturmuram,İkiüzlülərlə yoldaşlıq etmirəm,
5
Yaramazların məclisinə nifrət edirəm,Pislərlə oturmuram.
6
Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram,Qurbangahının başına dolanıram,
7
Şükür səsimi ucaldıram,Bütün xariqələrini bəyan edirəm.
8
Ya Rəbb, məskənin olan evi,Calalının sakin olduğu yeri sevirəm.
9
Məni günahkarlara qatıb aparma,Qatillərlə birgə canımı alma.
10
Onlar pis niyyəti əllərində tutublar,Sağ əllərini rüşvətlə doldurublar.
11
Mənsə kamalla gəzirəm,Məni qurtar, mənə lütf et!
12
Ayağım düzlük üstündə durur,Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.
← Chapter 25
Chapter 27 →