bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 24
Psalms 24
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbindir yer üzü və orada mövcud olanlar,Dünya və orada yaşayanlar.
2
O, yerin təməlini dənizlər üstündə qurdu,Dünyanı sular üzərində yaratdı.
3
Rəbbin dağına kim çıxa bilər?Müqəddəs məskəninə kim girə bilər?
4
– Əlləri pak, qəlbi təmiz,Hiyləyə könül verməyən,Yalandan and içməyən insan.
5
O, Rəbdən bərəkət alacaq,Xilaskarı Allahdan salehlik alacaq.
6
Belə adam Rəbbi soraqlayar,Yaqubun Allahının üzünü axtarar.
7
Ey darvazalar, başlarınızı qaldırın,Ey qədim qapılar, açılın,Əzəmətli Padşah içəri daxil olsun!
8
Bu əzəmətli Padşah kimdir?– Odur, güclü-qüdrətli Rəbb,Döyüşdə qüvvətli Rəbb.
9
Ey darvazalar, başlarınızı qaldırın,Ey qədim qapılar, açılın,Əzəmətli Padşah içəri daxil olsun!
10
Bu əzəmətli Padşah kimdir?– Ordular Rəbbi,Odur əzəmətli Padşah!
← Chapter 23
Chapter 25 →