bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 2
Psalms 2
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Nə üçün millətlər belə vurnuxmaya düşür,Ümmətlər boş şeylər düşünür?
2
Dünya şahları yığışır,Hökmdarlar Rəbbə vəOnun məsh etdiyinə qarşı birləşir.
3
Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,Üstümüzdəki zəncirlərini ataq».
4
Göylərin sakini gülür,Xudavənd onlara istehza edir.
5
Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6
O deyir: «Mən padşahımıMüqəddəs dağım Sionda əyləşdirmişəm».
7
Rəbbin fərmanını elan edəcəyəm.Rəbb mənə dedi:«Sən Mənim oğlumsan,Mən bu gün sənə Ata oldum.
8
Məndən istə, onda irs olaraq millətləri,Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeriSənə verərəm.
9
Onları dəmir əsa ilə qıracaqsan,Saxsı qab kimi çilik-çilik edəcəksən».
10
İndi, ey şahlar, müdrik olun!Ey dünya hakimləri, ibrət alın!
11
Rəbdən qorxub Ona xidmət edin,Həm titrəyin, həm sevinin.
12
Oğulu öpün ki, qəzəblənməsin,Yoxsa tutduğunuz yolda məhv olarsınız.Çünki qəzəbi tezliklə alovlanar.Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!
← Chapter 1
Chapter 3 →