bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 149
Psalms 149
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə həmd edin!Rəbbə yeni bir ilahi oxuyun,Möminlər camaatı arasında Ona həmd edin!
2
İsrail nəsli Yaradanına görə sevinsin,Sion övladları Padşahına görə şad olsun!
3
Rəqslərlə isminə həmd edin,Dəflə, lira ilə Onu tərənnüm edin!
4
Çünki Rəbb Öz xalqından zövq alar,Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.
5
Bu şərəfə görə qoy möminlər sevinsinlər,Yataqlarında belə, Onu tərənnüm etsinlər.
6
Dilləri ilə Allahı ucaltsınlar,Əllərində ikiağızlı qılınc tutsunlar.
7
Millətləri qıraraq qisas alsınlar,Ümmətləri cəzalandırsınlar.
8
Padşahlarına zəncir vursunlar,Sərkərdələrini dəmir buxovlara salsınlar.
9
Onlar üçün yazılan hökmü yerinə yetirsinlər,Rəbbin bütün möminləri bununla şərəflənsinlər.Rəbbə həmd edin!
← Chapter 148
Chapter 150 →