bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 14
Psalms 14
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər.İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,Yaxşı iş görən yoxdur.
2
Rəbb göylərdən bəşər övladına baxır.Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3
Hamı birgə pozulub, namus əldən gedib,Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4
Şər iş görənlərin hər biri məgər heç nə qanmır?Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.
5
Onlar böyük dəhşətə düşəcək,Lakin Allah salehlərin nəslinə yar olacaq.
6
Onlar məzlumların niyyətini boşa çıxarır,Amma Rəbb məzlumların pənahıdır.
7
Kaş İsrailin azadlığı Siondan gələydi!Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zamanYaqub övladları şadlıq edəcək,İsraillilər sevinəcək!
← Chapter 13
Chapter 15 →