bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 135
Psalms 135
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə həmd edin!Rəbbin isminə həmd edin,Ey Rəbbin qulları, həmd edin!
2
Ey Rəbbin evində xidmət edənlər,Allahımızın evinin həyətində duranlar,
3
Rəbb yaxşıdır, Rəbbə həmd edin,O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
4
Çünki Rəbb Özü üçün Yaqubu seçdi,İsraili Özünə məxsus xalq olaraq seçdi.
5
Bilirəm, Rəbb əzəmətlidir,Xudavəndimiz bütün allahlardan üstündür.
6
Göylərdə, yer üzündə,Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
7
Yerin ucqarlarından buludları qaldırar,Şimşəkləri çaxdırar, yağış yağdırar,Küləkləri öz mənbələrindən çıxarar.
8
Rəbb Misirlilərin ilk oğullarını qırdı,Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
9
Ey Misir, sənin daxilində,Fironla bütün əyanlarının üzərindəO, əlamətlərini, möcüzələrini göstərdi.
10
Nə qədər millətləri qırdı,Qüdrətli padşahları öldürdü.
11
Emorluların padşahı Sixonu,Başan padşahı Oqu,Bütün Kənan padşahlarını qırdı.
12
Onların torpaqlarını, mülkləriniÖz xalqı İsrailə irs olaraq verdi.
13
Ya Rəbb, Sənin adın əbədidir!Ey Rəbb, ismin nəsillərdən-nəsillərə çatır!
14
Rəbb xalqına haqq verəcək,Qullarına rəhm edəcək.
15
Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir,Onlar insan əllərinin işidir.
16
Ağızları var, danışa bilmir,Gözləri var, amma görmür,
17
Qulaqları var, eşitmir,Ağızlarından nəfəs gəlmir.
18
Bütləri düzəldən, onlara güvənən insanlarBu bütlər kimi cansız olacaqlar.
19
Ey İsraillilər, Rəbbə alqış edin!Ey Harun nəsli, Rəbbə alqış söyləyin!
20
Ey Levi nəsli, Rəbbə alqış edin!Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!
21
Rəbbə Siondan alqış oxunsun!Rəbb Yerusəlimdə yaşayır!Rəbbə həmd edin!
← Chapter 134
Chapter 136 →