bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 132
Psalms 132
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, Davudu,Çəkdiyi bütün əzabları,
2
Rəbbə etdiyi andı,Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
3
O dedi: «Öz evimdə yaşamaram,Yatağımda yatmaram,
4
Gözümə yuxu getməz,Gözlərimi yummaram
5
Rəbbə layiq bir yer,Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
6
Əhd sandığının Efratada olduğunu eşitdik,Onu Yaar tarlalarında tapdıq.
7
Dedik: «Gəlin, Onun məkanına gedək,Kətilində səcdə edək».
8
Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgəİstirahət edəcəyin yerə qalx.
9
Kahinlərin həqiqətə bürünsün,Möminlərin Səni mədh etsin.
10
Qulun Davudun xatirinəMəsh etdiyindən üz döndərmə.
11
Rəbb Davuda sədaqətlə and içdi,Bu andından dönməz:«Belindən gələn oğullarından biriniSəndən sonra taxtında oturdacağam.
12
Əgər övladların əhdimə,Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,Onların oğulları daSonsuza qədər sənin taxtında oturacaq».
13
Çünki Rəbb Sionu seçdi,Orada Öz məskənini salmaq istədi.
14
Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,İstəyirəm ki, burada məskən salım.
15
Bu yerə bol ruzi-bərəkət verəcəyəm,Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16
Kahinlərini zəfərə bürüyəcəyəm,Möminləri sevinclə mədh oxuyacaq.
17
Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18
Düşmənlərini xəcalətə salacağam,Lakin onun tacı nur saçacaq».
← Chapter 131
Chapter 133 →