bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 129
Psalms 129
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Qoy İsrail söyləsin:«Mənə gəncliyimdən bəri əzab verdilər.
2
Bəli, gəncliyimdən bəri mənə əzab verdilər,Lakin məğlub edə bilmədilər.
3
Elə bil kürəyimdə kotan sürüblər,Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
4
Rəbb isə adildir,Pislərin buxovlarını qırdı».
5
Siona nifrət bəsləyənlərin hamısıQoy xəcalət içində geri qovulsun!
6
Qoy cücərmədən solsunlar,Damda bitən ot kimi olsunlar!
7
O, biçinçinin ovcunu,Dərz bağlayanın qucağını doldurmaz!
8
Yoldan keçən onlara belə deməz:«Rəbb sizə xeyir-dua versin,Sizə Rəbbin ismi ilə alqış olsun!»
← Chapter 128
Chapter 130 →