bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 120
Psalms 120
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Dar gündə Rəbbi səslədim,O mənə cavab verdi.
2
Dedim: «Ya Rəbb, yalançı dodaqlardan,Fitnəkar dillərdən canımı qurtar».
3
Ey fitnəkar dil, sənə nə veriləcək?Bu işinin əvəzi nə ilə ödəniləcək?
4
Cəngavərin iti oxları ilə,Süpürgə ağacının odlu közləri ilə!
5
Yazıq canım, Meşekdə qərib olmuşam,Qedar çadırlarında yaşayıram!
6
Mənim belə yerdə,Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
7
Mən sülh sevirəm, buna görə danışıram,Onlarsa müharibə üçün çalışır.
← Chapter 119
Chapter 121 →