bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 12
Psalms 12
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb,Bəşər övladları arasında vəfalılar qurtarıb.
2
Hər kəs başqasına yalan söyləyir,Ağzı yalan danışır, ikiüzlülük edir.
3
Qoy Rəbb yalan danışan hər ağzı yumsun,Hər lovğa dili kəssin!
4
Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq.Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?
5
Rəbb deyir: «İndi qalxacağam,Çünki fəqirlərə zülm edilir,Məzlumlar nalə çəkir, qurtuluş istəyir.Mən bunu onlara verəcəyəm».
6
Rəbbin kəlamları pakdır,Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.
7
Sən, ya Rəbb, onları qoru,Bu nəsildən onların hər birini əbədilik hifz et.
8
Bəşər övladları arasında namərdlik artarkənHər yanda pislər gəzər.
← Chapter 11
Chapter 13 →