bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Nahum 3
Nahum 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Qanlı şəhərin vay halına!O yalan və soyğunçuluqla doludur,Orada quldurluğun ardı kəsilmir!
2
Qamçı səsi, təkərlər gurultusu,Çapan atların, yırğalanan döyüş arabalarının sədası!
3
Süvarilər hücum edir, qılınclar parıldayır,Nizələr bərq vurur, ölənlər yığın-yığın,Cəsədlərin sayı yox,İnsanların ayağı meyitlərə dolaşır!
4
Millətləri fahişəliyi ilə,Xalqları cadugərliyi ilə satan, cazibəli,Cadugərlikdə mahir fahişə – NinevanınHədsiz əxlaqsızlığına görəBunlar baş verdi.
5
Ordular Rəbbi bəyan edir:«Ey Nineva, Mən sənin əleyhinəyəm!Paltarının ətəyini üzünə qaldıracağam,Çılpaqlığını millətlərə göstərəcəyəm,Ayıbını ölkələrə açacağam.
6
Üstünə iyrənc şeyləri atacağam,Səni rüsvay edəcəyəm,Tamaşaya qoyacağam!
7
Səni görənlərin hamısı səndən qaçıbBelə deyəcək:“Nineva viran qaldı!Onun üçün kim ağlayacaq?”Haradan sənə təsəlli verənləri tapım?»
8
Axı sənin No-Ammondannəyin artıqdır?O şəhər çaylar arasında yerləşibSularla əhatə olunmuşdu,Sipəri dəniz,Qala divarı isə Nil çayı idi.
9
Kuş və Misir onun sonsuz qüvvəti idi,Put və Liviya da köməkçiləri idi.
10
Lakin əsir aparıldı, sürgün oldu,Övladları parça-parça doğrandı,Hər küçə başına atıldı,Adlı-sanlı adamları üçün püşk atdılar,Əyanlarını qandallara saldılar.
11
Sən də, ey Nineva, sərxoş olacaqsan,Mat-məəttəl qalacaqsan,Düşmənlərin əlindən pənahgah axtaracaqsan.
12
Bütün istehkamlarınƏncir ağacının ilk yetişən meyvələri kimidir,Silkələnəndə yeyənin ağzına düşür.
13
Budur, əsgərlərin qadın kimidir,Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb.Qapı rəzələrini od yeyib.
14
Mühasirə vaxtı üçün özünə su çək,Qalalarını möhkəmləndir,Çamıra gir, palçığı tapda,Kərpic kəsmək üçün qəlib götür!
15
Orada od səni yeyib-qurtaracaq,Qılınc səni kəsib-qıracaq,Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan.Sayını çəyirtkə kimi artır,Özünü qaynaşan çəyirtkə kimi çoxalt!
16
Tacirlərinin sayıGöylərdəki ulduzlardan çoxdur,Amma düşmənlərinÇəyirtkə kimi ölkəni talan edib uçacaq.
17
Gözətçilərin çəyirtkə kimi,Məmurların çəyirtkə sürüsü kimidir –Soyuq gündə çəpərlərə yerləşir,Gün doğanda uçub gedir,Getdikləri yer bilinmir.
18
Ey Aşşur padşahı,Əyanların ölüm yuxusuna gedib,Adlı-sanlı adamların yatıb.Xalqın dağlara səpələnib,Onları bir yerə yığan yoxdur.
19
Dərdinə dərman yoxdur, yaraların sağalmaz.Barəndə xəbər eşidənlər sevinib əl çalır.Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?
← Chapter 2