bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Micah 5
Micah 5
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey qoşunlar qızı, indi qoşunlarını topla!Bizi dövrəyə alıblar,İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.
2
Rəbb deyir:«Ey Bet-Lexem Efrata, sənYəhuda nəsillərinin kiçiyi olsan da,Mənim üçün İsrail üzərindəHökmdar səndən çıxacaq.Onun nəsli çox qədimlərə,Zamanın başlanğıcına gedir».
3
Hamilə qadın doğana qədərRəbb Öz xalqını təslim edəcək.İsrail övladlarının yanınaQalan qohumları qayıdacaq.
4
Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq,Rəbbin gücü ilə sürüsünü otaracaq.Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq,
5
Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq.Əgər Aşşurlular ölkəmizə gələrsə,Qalalarımıza ayaq açarlarsa,Onlara qarşı başçılarımız –Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.
6
Qılıncla Aşşur torpaqlarını,Nəmrud ölkəsini viran edəcəklər.Aşşurlular torpağımıza gələndə,Sərhədimizi keçəndəBizi rəhbərlərimiz qurtaracaq.
7
Yaqub nəslinin sağ qalanlarıÇoxlu xalqlar arasındaHeç kimi gözləmədən,Bəşər övladlarından asılı olmadanRəbbin göndərdiyi şeh tək,Ot üzərinə tökülən leysan kimi olacaq.
8
Yaqub nəslinin sağ qalanlarıÇoxlu xalqların, millətlərin arasındaSanki meşə heyvanları arasındakı şir,Qoyun sürüsü arasındakı gənc aslandır.Sürünün içinə girsə, didib dağıdar,Heç kəs ondan qurtula bilməz.
9
Əlin düşmənlərin üzərinə qalxacaq,Ey İsrail, yağıların məhv olacaq!
10
«Gün gələcək» Rəbb bəyan edir,«Atlarınızı qıracağam,Döyüş arabalarınızı yox edəcəyəm.
11
Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm,Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.
12
Əlinizdəki cadugərliyi məhv edəcəyəm,Sizdə gələcəyideyənlər bir daha olmayacaq.
13
Sizin bütlərinizi qıracağam,Daş sütunlarınızı söküb-dağıdacağam.Əllərinizlə düzəltdiyiniz əşyayaArtıq səcdə etməyəcəksiniz.
14
Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam.Şəhərlərinizi viran qoyacağam.
15
İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».
← Chapter 4
Chapter 6 →