bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Micah 3
Micah 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Onda mən dedim:«Dinləyin, ey Yaqub rəhbərləri,Ey İsrail xalqının başçıları!Axı siz ədalətli olmalısınız!
2
Siz ki yaxşıya nifrət edirsiniz,Pisliyi sevirsiniz,Xalqımın dərisini soyursunuz,Ətini sümüklərindən qoparırsınız,
3
Siz xalqımın ətini yeyirsiniz,Dərisini soyursunuz, sümüyünü qırırsınız.Sanki qazanda, tavada bişirilən ət kimiXalqımı doğrayırsınız.
4
Gün gələcək, Rəbbə fəryad edəndəO sizə cavab verməyəcək.O zaman Rəbb üzünü sizdən gizlədəcək,Çünki əməlləriniz pis olub».
5
Xalqını azdıran peyğəmbərlərə qarşıRəbb belə deyir:«Yeməyiniz olandaSülh bəyan edirsiniz.Sizə çörək verməyənlərə isəDava elan edirsiniz».
6
Buna görə sizə görüntüsüz gecə gələcək,Qaranlıqda falçılıq edə bilməyəcəksiniz.Peyğəmbərlər üçün günəş batacaq,Gündüz onlar üçün zülmət olacaq.
7
Görücülər rüsvay olacaq,Falçılar biabır olacaq,Onların hamısı bundan utanıb susacaq,Çünki Allahdan cavab olmayacaq.
8
Mən isə Yaqub övladlarına üsyankarlığını,İsrailə günahını bildirmək üçünQüvvətlə, Rəbbin Ruhu ilə,Ədalət və cəsarətlə qurşanıram.
9
Bunu dinləyin, ey Yaqub rəhbərləri,Ey İsrail xalqının başçıları!Siz ədalətə nifrət edirsiniz,Hər cür düzlüyü əyriyə çevirirsiniz.
10
Sionu qan bahasına bina edirsiniz,Yerusəlimi haqsızlıq üzərində tikirsiniz.
11
Rəhbərləri rüşvətlə hökm edir,Kahinləri muzdla təlim verir,Peyğəmbərləri falçılıq edib pul alır.Amma Rəbbə güvənərək belə deyirlər:«Rəbb aramızda deyilmi?Üstümüzə bəla gəlməz».
12
Buna görə də sizin üzünüzdənSion tarla kimi şumlanacaq,Yerusəlim daş qalağına,Məbədin tikildiyi dağMeşəli təpələrə çevriləcək.
← Chapter 2
Chapter 4 →