bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Joshua 20
Joshua 20
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbb Yeşuaya dedi:
2
«İsrail övladlarına söylə: “Özünüz üçün Musa vasitəsilə dediyim sığınacaq şəhərləri seçin ki,
3
bilmədən, səhvən bir adamı öldürən qatil oraya qaçsın. Ora sizin üçün qan qisasını alan adamdan sığınacaq yeri olsun.
4
Qoy qatil bu şəhərlərdən birinə qaçsın, şəhər qapısının girəcəyində dursun. Orada o şəhərin ağsaqqallarına öz əməlini söyləsin. Onlar da onu şəhərə, yanlarına aparsınlar və yer versinlər ki, onlarla yaşasın.
5
Əgər qan qisası alan onu təqib edərsə, o zaman qatili ona təslim etməsinlər, çünki qonşusunu bilmədən öldürmüşdür, əvvəldən onunla ədavəti yox idi.
6
Bu adam icma qarşısında hökm alana qədər və o dövrdə olan baş kahinin ölümünə qədər qoy bu şəhərdə yaşasın. Bundan sonra qatil qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”».
7
Sığınacaq şəhər üçün Qalileyada, Naftalinin dağlıq bölgəsində Qedeşi, Efrayimin dağlıq bölgəsində Şekemi və Yəhudanın dağlıq bölgəsində Qiryat-Arbanı, yəni Xevronu ayırdılar.
8
İordan çayının şərqində, Yerixonun şərqində isə Ruven qəbiləsinin torpağından yaylada yerləşən səhradakı Beseri, Qad qəbiləsinin torpağından olan Gileaddakı Ramotu, Menaşşe qəbiləsindən olan Başanda Qolanı ayırdılar.
9
Bilmədən qətl edən hər bir kəs oraya qaçsın və icma qarşısında dayananadək qan qisasını alanın əli ilə öldürülməsin deyə bütün İsraillilərlə aralarında yaşayan yadellilər üçün təyin olunan şəhərlər bunlar idi.
← Chapter 19
Chapter 21 →