bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 4
Job 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Temanlı Elifaz belə cavab verdi:
2
«Kimsə sənə bir söz desə, inciyərsənmi?Danışmasın deyə kim özünü saxlaya bilər?
3
Bəli, çoxlarına dərs verdin,Onları əlləri taqətdən düşərkən gücləndirdin.
4
Yıxılanları sözlərinlə qaldırdın,Dizləri əsənlərə güc verdin.
5
İndi bu iş başına gələrkənÖzün taqətdən düşdün,Bəla sənə dəyəndə özünü itirdin.
6
Sən Allah xofuna etibar etmirdinmi?Kamil həyatına ümid edən sən deyildinmi?
7
Kimdir günahsız məhv olan? İndi yada sal.Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
8
Mənim gördüyümə görə şər sahəsini belləyən,Əzab toxumu səpən insanlar əkdiyini biçər.
9
Onlar Allahın nəfəsi ilə yox olar,Qəzəbinin küləyi onları udar.
10
Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi,Gənc aslanların dişləri qırıldı.
11
Şikarı olmadığı üçün güclü aslan həlak olar,Dişi aslanların balaları pərən-pərən qalar.
12
Mənə gizli bir söz çatdı,Qulağım bir pıçıltı eşitdi,
13
Gecə röyalardan doğan düşüncələr içində olanda,İnsanların dərin yuxuya getdiyi zamanda
14
Üstümə bir qorxu, bir titrətmə gəldi,Bütün sümüklərimi lərzəyə saldı.
15
Qarşımdan bir ruh keçdi,Bütün tüklərimi ürpətdi.
16
Ruh dayandı, bunun nə olduğunu bilmədim.Gözlərimin önündə bir surət dururdu,Sükunətin içindən bir səs eşitdim:
17
“İnsan Allah qarşısında saleh olarmı?Yaradanın qarşısında təmiz adam varmı?
18
Allah bəndələrinə güvənmir,Mələklərində belə, səhv görür.
19
Palçıq evlərdə yaşayanlara,Mayası torpaqdan olanlara,Güvədən də tez əzilənlərə O güvənərmi?
20
Ömürləri səhərdən axşama çatmır,Fərqi yoxdur, hamı əbədi yox olur.
21
Yaşadıqları çadırın ipləri çəkiləndəHeç nə anlamazlar, ölüb gedərlər”.
← Chapter 3
Chapter 5 →