bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 31
Job 31
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Gözlərim üçün əhd etmişəm,Gözüm bir qıza baxarmı?
2
İnsan yuxarıdan – Allahdan nə pay alır?İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır?
3
Məgər haqsızların başına fəlakət gəlmir?Məgər fitnəkarların başına bəla gəlmir?
4
Məgər O, yollarıma baxmır?Məgər O hər addımımı saymır?
5
Əgər yalançı olaraq gəzmişəmsə,Ayağım fırıldaq üçün qaçıbsa,
6
Qoy Allah məni haqq tərəzisində çəksin,Kamil olduğumu görsün.
7
Yolumda əyri addım atmışamsa,Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə,Əllərimi ləkələmişəmsə,
8
Əkdiyimi yadlar yesin,Qoy əkinim kökündən çıxarılsın.
9
Əgər qəlbim başqa bir qadına meyl edibsə,Qonşumun qapısını pusmuşamsa,
10
Qoy arvadım başqasının taxılını üyütsün,Qoy onunla başqa kişilər yatsın.
11
Axı bu bir xəcalət olardı,Məhkəməyə veriləsi bir günah sayılardı.
12
Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur.Bu bütün barımı kökündən çıxarardı.
13
Əgər mənimlə çəkişəndəNökərlərimin və kənizləriminHaqqını yemişəmsə,
14
Allah ayağa qalxandaMən nə edə bilərəm?Məni yoxlayanda nə cavab verərəm?
15
Anamın bətnində məni yaradanOnu yaratmayıbmı?Bətndən bizə quruluş verən O olmayıbmı?
16
Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa,Dul qadının ümidini qırmışamsa,
17
Bir tikəmi özüm yeyibYetimə verməmişəmsə,
18
Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə,Doğulandan bəri dul qadına yol göstərməmişəmsə,
19
Paltarı olmadığı üçün canı ağrıyan,Ya örtüyə möhtac qalan yoxsulları görəndə
20
Qoyunlarımın yunu ilə onları isitməmişəmsə,Onlar da mənə ürəkdən alqış etməyiblərsə,
21
Məhkəmədə sözü keçən olduğum üçünYetimə əl qaldırmışamsa,
22
Qollarım qırılıb çiyinlərimdən düşsün,Qoy qolum lüləsindən sınsın.
23
Çünki Allahın bəlasından qorxuram,Əzəməti qarşısında dayana bilmərəm.
24
Əgər qızıla ümid bağlamışamsa,Saf qızıla “ümidim sənsən” demişəmsə,
25
Əgər bol sərvətimə görə,Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,
26
Əgər parlayan günəşə,İşıq saçaraq dövran edən aya baxıb,
27
Könlümün meylini gizlicə azdırıb,Sitayiş etmək üçün əlimlə onlaraÖpüş yollamışamsa,
28
Bu da məni ittiham edən günah sayılardı,Çünki ucalarda olan Allahı danmış olardım.
29
Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə,Başına bəla gəldi deyə fərəhlənmişəmsə,
30
Kiminsə canına qarğış yağdıraraqDilimə günah işlətməyə yol vermişəmsə,
31
Evimdəki insanlar “Əyyubun verdiyi ətləQarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,
32
– Heç bir yadelli gecəni küçədə keçirməzdi,Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi –
33
Əgər təqsirimi gizlətmişəmsə,Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə,
34
Camaatdan qorxduğum üçün,El qınağından dəhşətə gəldiyim üçünDinməzcə bayıra çıxmamışamsa…
35
Kaş məni bir eşidən olaydı!Bu sözümü təsdiq edirəm,Qoy Külli-İxtiyar mənə bir cavab versin!Əleyhdarım bunu tumara yazıb əlimə versin.
36
Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim,Başıma tac edərdim.
37
Onda atdığım hər addımı Allaha bildirərdim,Mən bir şahzadə kimi Onun yanına gedərdim.
38
Torpağım da məndən fəryad edirsə,Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa,
39
Pulunu vermədən məhsulu yemişəmsə,Buranın sakinlərinin ürəyini qırmışamsa,
40
Qoy sahəmdə buğda yerinə tikan,Arpa yerinə alaq bitsin».Əyyubun söhbəti sona yetdi.
← Chapter 30
Chapter 32 →