bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 17
Job 17
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Taqətim kəsilir, günlərim batır,Məni məzar gözləyir.
2
Həqiqətən, ətrafıma rişxəndçilər yığılır,Gözüm onların düşmənçiliyini görür.
3
Ey Allah, Öz hüzurunda mənə zəmanət ver.Başqa kim var ki, mənə zamin dursun?
4
Çünki onların qəlbini anlayış üçün bağladın,Ona görə onlara zəfər qazandırmayacaqsan.
5
Pul üçün dostlarını satanınÖvladlarının işığı sönəcək.
6
Allah məni insanların dilinə saldı,Üzümə tüpürdülər.
7
Gözümün nuru kədərdən qaraldı,Bütün əzalarım kölgə kimi qaldı.
8
Buna əməlisaleh insanlar mat qalıb,Günahsızlar allahsızlara qarşı çıxır.
9
Saleh insanlar öz yolunu tutur,Əlitəmiz olanlar getdikcə güclənir.
10
Amma hamınız qayıdıb gəlsəniz,Aranızdan bir hikmətli insan tapmaram.
11
Günlərim ötüşdü,Fikirlərim, arzularım pərən-pərən düşdü.
12
Onlar gecəni gündüzə çevirir,“Zülmətə işıq yaxındır” deyir.
13
Əgər ölülər diyarını evimdir deyə gözləsəm,Yatağımı qaranlıqda sərsəm,
14
Qəbirə “atam sənsən”,Qurda “anam-bacım sənsən” desəm,
15
Ümidim hara gedər?Mənim ümidimi kim görər?
16
Ümid mənimlə ölülər diyarınamı düşər?Mənimlə birgə torpaq altınamı girər?»
← Chapter 16
Chapter 18 →