bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 11
Job 11
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Naamatlı Sofar belə cavab verdi:
2
«Bu qədər söz cavabsız qalsınmı?Çox danışan haqlı sayılsınmı?
3
İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu?Sən rişxənd edəndə səni saxlamasınlar?
4
Allaha deyirsən: “İmanda safam,Gözün görür ki, pakam”.
5
Kaş ki Allah danışaydı,Sənə qarşı ağzını açaydı.
6
Səni hikmətin sirlərindən agah etsəydi,Hikmətin çox şaxələri üzə çıxardı.Bil ki, Allah günahlarının neçəsindən keçib.
7
Allahın dərin sirlərini dərk edə bilərsənmi?Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?
8
Onlar göylər qədər ucadır, axı nə edə bilərsən?Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?
9
Meyarı aləmdən uzundur,Dənizlərdən genişdir.
10
Əgər gəlib səni zindana salarsa, məhkum edərsə,Kim Onun qarşısını ala bilər?
11
O, yalançıları tanıyır,Pisliyi görəndə onu dərk edir.
12
Vəhşi eşşək insan olaraq doğulandaAxmaq da ağla gələr.
13
Əgər ürəyini təqdis etsən,Əllərini Ona tərəf uzatsan,
14
Günahın varsa, ondan əl çək,Qoyma pislik çadırında sakin olsun.
15
Onda başını utanmadan dik tutarsan,Sağ-salamat, qorxusuz yaşayarsan.
16
Sən dar gününü unudubOnu axıb-qurtaran bir su kimi yad edərsən.
17
Həyatın gündüzün günəşindən də parlaq olar,Qaranlığın səhər kimi işıqlanar.
18
Çünki ümidin var, sən arxayınsan,Mühafizə olunaraq rahat yatarsan.
19
Yatanda belə, səni qorxudan olmaz,Sənin lütfünü çoxları arzular.
20
Amma pis adamların gözlərinin nuru sönəcək,Onların pənah yeri olmayacaq,Yeganə ümidləri son nəfəslərini vermək olacaq».
← Chapter 10
Chapter 12 →