bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 8
Jeremiah 8
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbb bəyan edir: «O vaxt Yəhuda padşahlarının və başçılarının, kahinlərinin, peyğəmbərlərin və Yerusəlimdə yaşayanların sümüklərini qəbirlərindən çıxarıb atacaqlar.
2
Onların sümükləri sevdikləri, qulluq etdikləri, tərəfdarı olduqları, müraciət və səcdə etdikləri günəşin, ayın və bütün səma cisimlərinin önünə töküləcək. Onlar bir yerə yığılıb basdırılmayacaq, torpağın üstündə peyin kimi olacaq.
3
Bu pis tayfadan sağ qalanların hamısı sürgün etdiyim hər yerdə həyatı yox, ölümü seçəcək» Ordular Rəbbi belə bəyan edir.
4
Onlara söyləyəcəksən ki, Rəbb belə deyir:«Yıxılanlar qalxmazmı?Yoldan azan geri qayıtmazmı?
5
Bəs nə üçün bu xalq yoldan azdı?Nə üçün Yerusəlim daim dönüklük edir?Onlar yalandan bərk yapışıb,Dönmək istəmir.
6
Mən diqqət edib qulaq asdım:Heç kəs düz danışmır,“Nə etdim?” deyib öz pisliyindən tövbə etmir.Hər biri döyüşə atılan at kimiÖz yoluna tərəf dönür.
7
Hətta göydə uçan leylək dəÖz vaxtını bilir,Qumru, qaranquş, durna daUçub gələcəkləri vaxtı gözləyir,Amma Mənim xalqım Rəbbin hökmlərini bilmir.
8
Nə haqla deyirsiniz ki, biz müdrikik,Rəbbin Qanunu bizdədir?Budur, alimlərin hiyləgər qələmiOnu yalan şərh edir.
9
Müdriklər rüsvay oldu,Çaşıb tora düşdü.Onlar Rəbbin sözünü rədd etdi.Bəs onların müdrikliyi nədədir?
10
Buna görə də arvadlarını başqa adamlara,Tarlalarını isə başqa sahiblərə verəcəyəm,Ona görə ki böyükdən kiçiyə qədərHər kəs haram qazanc dalınca qaçır.Peyğəmbərdən kahinə qədərHər biri yalan iş görür.
11
Əziz xalqımın yarasınıYüngülcəsinə müalicə edirlər.“Sülh, sülh” deyirlər,Amma sülh yoxdur.
12
İyrənc işlər görəndə utanırlarmı?Yox, heç utanmırlar,Utanıb-qızarmaq bilmirlər.Buna görə yıxılanlar arasındaOnlar da olacaq.Onları cəzalandırdığım vaxtYerə səriləcəklər» deyir Rəbb.
13
«Onları qırıb-çatacağam»Rəbb belə bəyan edir.«Tənək üzüm gətirməyəcək,Əncir ağacı bar verməyəcək,Yarpaqlar solacaq.Mən onlara nə verdimsə,Hamısı əllərindən alınacaq».
14
«Nə üçün yerimizdə oturmuşuq?Yığılın, gedib qalalı şəhərlərə girək,Orada həlak olaq,Çünki Allahımız RəbbBizi ölümə təslim etdi,Bizə zəhərli su içirdi,Ona görə ki Rəbbə qarşı günah etdik.
15
Sülh gözləyirik, amma xeyir gəlmir.Şəfa vaxtını gözləyirik,Amma dəhşət gəlir.
16
Dandan onların atlarının fınxırtısı eşidilir,Ayğırlarının kişnəmə səsindənBütün ölkə titrəyir.Onlar gəlir,Torpağı və orada olan hər şeyi,Şəhəri və orada yaşayanları yeyib-qurtarır.
17
Baxın Mən üstünüzə ilanlar,Ovsunla ram olmayan gürzələr göndərəcəyəm,Onlar sizi sancacaq» Rəbb belə bəyan edir.
18
Dərdimə təsəlli yoxdur,Ürəyim köksümdə taqətsizdir.
19
Baxın uzaq ölkədənƏziz xalqımın fəryadını eşidirəm:«Məgər Rəbb Sionda yoxdur?Onun padşahı orada deyilmi?Onlar nə üçün oyma bütləri,Yad olan puç şeyləri iləMəni qəzəbləndirirlər?
20
Biçin sona çatdı, yay qurtardı,Biz xilas olmadıq».
21
Əziz xalqımın yarasındanMən də yaralandım,Yas tutub dəhşətə gəldim.
22
Məgər Gileadda məlhəm yoxdur?Orada həkim yoxdur?Əgər varsa,Əziz xalqıma nə üçün şəfa verilmədi?
← Chapter 7
Chapter 9 →