bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 6
Jeremiah 6
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Binyamin övladları,Yerusəlimin içindən qaçıb qurtarın.Teqoada şeypur çalın,Bet-Hakkeremdə odla işarə verin,Çünki şimaldan fəlakət,Böyük qırğın zahir olur.
2
Mən gözəl və zərif qızı –Sion qızını talan edəcəyəm.
3
Çobanlar öz sürüləri iləOna qarşı gələcək,Hər tərəfdən onun önündə çadır quracaq.Hər kəs öz yerində sürüsünü otaracaq.
4
Sion qızı ilə döyüşə hazırlaşın!Qalxın, günorta çağı hücum edək!Vay halımıza!Gün tutqunlaşır,Axşam kölgələri uzanır.
5
Qalxın, gecə vaxtı hücum edək!Onun imarətlərini dağıdaq!
6
Ordular Rəbbi belə dedi:«Ağac kəsin,Yerusəlimin önündə torpaq qalağı qurun.Bu şəhər cəzalanmalıdır,Çünki zorakılıqla dolub-daşır.
7
Bir bulaqdan necə su axarsa,Bu şəhərdən də eləcə pislik fışqırır.İçində zorakılıq və soyğunçuluq səsi eşidilir.Önümdə həmişə dərd və yara görürəm.
8
Ey Yerusəlim, ibrət al,Yoxsa səndən üz döndərərəm,Səni xarabaya, əhalisiz torpağa çevirərəm».
9
Ordular Rəbbi belə deyir:«Tənəkdən son üzümlər yığılan kimiİsrailin qalan əhalisi dəYığılıb qurtaracaq.Üzümyığan kimiYenə meynə budaqlarına əlini uzat».
10
Kiminlə danışım,Kimə xəbərdarlıq edim ki, qulaq assın?Axı qulaqları tıxanıb,Eşidə bilmirlər.Onların arasında Rəbbin sözünə lağ edilir,Ondan xoşları gəlmir.
11
Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam,Özümü ələ almaqdan yorulmuşam.«Qəzəbini küçədə olan uşaqların,Yığılan cavanların üzərinə tök.Bəli, ər də, arvad da,Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.
12
Evləri, tarlaları və arvadları daBaşqalarına qalacaq.Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam»Rəbb belə bəyan edir.
13
«Ona görə ki böyüyündən kiçiyinə qədərHər kəs haram qazanc dalınca qaçır.Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur.
14
Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər,“Sülh, sülh” deyirlər,Amma sülh yoxdur.
15
İyrənc işlər görəndə utanırlarmı?Yox, heç utanmırlar,Utanıb qızarmaq bilmirlər.Buna görə yıxılanlar arasındaOnlar da olacaq.Mən onları cəzalandırandaYerə səriləcəklər» deyir Rəbb.
16
Rəbb belə deyir:«Yolayrıcında dayanıb baxın,Əzəldən olan yolları soruşun.Yaxşı yolun harada olduğunu öyrənin,O yolla gedin.Onda ürəyiniz dinclik tapar.Ancaq siz “o yolla getməyəcəyik” dediniz.
17
Mən sizin üzərinizəGözətçilər qoyub dedim:“Şeypur səsinə qulaq asın!”Ancaq siz “qulaq asmayacağıq” dediniz.
18
Buna görə də, ey millətlər, qulaq asın,Ey camaat, bilin ki,Onların başına nə gələcək.
19
Eşit, ey yer üzü,Mən bu xalqın başına fəlakət gətirəcəyəm.Bu onların niyyətlərinin bəhrəsi olacaq.Çünki Mənim sözlərimə qulaq asmadılar,Mənim qanunumu rədd etdilər.
20
Səbadan gətirilən kündür,Uzaq ölkədən gəlmiş ətirli qamışNəyimə lazımdır?Yandırma qurbanlarınız Mənə məqbul deyil,Başqa qurbanlarınız da Mənə xoş deyil».
21
Buna görə də Rəbb belə deyir:«Mən bu xalqın qabağınaManeələr qoyacağam.Atalar və oğullar birlikdəOnlara ilişib yıxılacaq.Qonşu dostu ilə birgə həlak olacaq».
22
Rəbb belə deyir:«Budur, şimal ölkəsindənBir xalq gəlir,Dünyanın uzaq yerlərindənBöyük bir millət hərəkətə gəlir.
23
Onlar əllərində ox-kaman və nizə tutub,Rəhmsizdirlər, heç kəsə acımırlar.Səsləri dəniz kimi gurlayır,Atlara miniblər.Onlar yekdilliklə səninləMüharibəyə hazırdır, ey Sion qızı!»
24
Onlar haqqında xəbər eşitdik,Əllərimiz yanımıza düşdü.Doğan qadın kimi biziSıxıntı və əzab bürüdü.
25
Çölə çıxma, yola düşmə,Çünki düşməndə qılınc,Hər tərəfdə dəhşət var.
26
Ey əziz xalqım!Çul geyin və küldə yuvarlan.Vahid oğluna yas tutan kimiYas tutub acı-acı ağla.Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.
27
Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki,Xalqımı yoxlayıb imtahan edəsən,Onlara nəzər qoyub əməllərini sınayasan.
28
Hamısı inadkar dönükdür,Böhtançılar kimi dolaşan adamlardır.Tunc və dəmir kimi sərtdirlər,Hamısı pozğun olub.
29
Körük basılır,Atəşində qurğuşun əriyir.Ancaq dəmirçi nahaq yerə əridir,Çünki pislər ayrılmır.
30
Onlara isə “atılmış gümüş” deyəcəklər,Çünki Rəbb onları atdı».
← Chapter 5
Chapter 7 →