bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 17
Jeremiah 17
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Yəhudanın günahı dəmir qələmlə yazıldı,Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinəAlmaz uclu alətlə həkk edildi.
2
Onlar kölgəli ağacların yanında,Yüksək təpələrdə, çöldəki dağlardaQurbangahlarına və Aşera bütlərinəÖz uşaqlarına göstərdikləri qədər maraq göstərir.
3
Sənin mal-dövlətini,Bütün xəzinələrini, səcdəgahlarınıÖlkənin hər tərəfində işlənən günahlardan ötrüQarətə təslim edəcəyəm.
4
Sənə verdiyim irsiÖz qəbahətinlə yox edəcəksən.Tanımadığın ölkədə səniDüşmənlərinə qul edəcəyəm.Çünki siz Mənim qəzəbimdənOd alışdırdınız,O əbədi yanacaq».
5
Rəbb belə deyir:«O adam lənətlidir ki,İnsana güvənir,Bəşərin gücünə arxalanır,Ürəyi Rəbdən ayrılır.
6
O, çöldəki yulğun ağacı kimi olacaq,Xeyir gələndə onu görməyəcək.Səhrada olan quraq yerlərdəHeç kəs yaşamayan şoranlıqda sakin olacaq.
7
Nə xoşbəxtdir o adam kiRəbbə güvənir,Rəbbi özünə arxa sayır.
8
O, sular kənarındaƏkilmiş ağac kimi olacaq.Elə ağac ki çay kənarında kök salar,İsti gələndə qorxmaz,Yarpağı həmişə yaşıl qalar,Quraqlıq olan il qayğı çəkməz,Bəhər verməkdən qalmaz».
9
İnsan ürəyi hər şeydən hiyləgərdir,Çarəsi yoxdur.Onu kim başa düşə bilər?
10
«Mən Rəbb ürəyi yoxlayıram,İnsanın fikrini sınayıram ki,Hər kəsə əməllərinə görə,İşlərinin bəhrəsinə görə əvəz verim».
11
Haqsızlıqla var-dövlət toplayan adamÖzünün yumurtlamadığı yumurtaların üstünəOturan kəklik kimidir.Ömrünün ortasında var-dövləti əldən gedəcək,Axırda o adam axmaq çıxacaq.
12
Müqəddəs məkanımızdakı yerƏvvəlcədən ucaldılmış izzət taxtıdır.
13
Ya Rəbb, İsrailin Ümidgahı,Səni tərk edənlərin hamısı utanacaq.Rəbb deyir:«Məndən üz döndərənlərin adıToz-torpağa yazılacaq,Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».
14
Ya Rəbb, mənə şəfa versən,Mən sağalaram.Məni xilas etsən,Mən xilas olaram.Çünki həmd etdiyim Sənsən.
15
Bax onlar mənə«Rəbbin sözü hanı?Qoy yerinə yetsin!» deyir.
16
Mən Sənin xidmətindəÇoban olmaqdan boyun qaçırmadım.Bəla gününün gəlməsini istəmədim.Sən bilirsən ki,Ağzımdan nə çıxdısa,Sənin gözünün önündədir.
17
Məni dəhşətə salma,Fəlakət günündə sığınacağım Sənsən.
18
Qoy məni təqib edənlər utansın,Mənsə utanmayım.Qoy onlar qorxuya düşsün,Mən isə qorxmayım.Qara günü onların başına gətir,Tamamilə qırılana qədər onları qır.
19
Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb
20
onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın.
21
Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin.
22
Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin.
23
Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.
24
Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz,
25
o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq.
26
Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək.
27
Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».
← Chapter 16
Chapter 18 →