bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 15
Jeremiah 15
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər.
2
Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir:“Vəba üçün ayrılanlar vəbaya,Qılınc üçün ayrılanlar qılınca,Aclıq üçün ayrılanlar aclığa,Sürgün üçün ayrılanlar sürgünə”.
3
Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları.
4
Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.
5
Ey Yerusəlim, bəs sənə kim acıyacaq?Sənin üçün kim yas tutacaq?Halını soruşmaq üçünKim yolundan dönüb sənin yanına gələcək?
6
Rəbb bəyan edir: “Sən Məni rədd etdin,Geri çəkildin.Mən də əlimi uzadıb səni məhv edirəm.Daha bağışlamaqdan yoruldum.
7
Onları ölkənin şəhər darvazalarındaKürəklə sovurdum,Xalqımı övladsız qoydum,Onları məhv etdim.Çünki yollarından dönmədilər.
8
Mənim önümdə onların dul qadınlarının sayıDəniz qumundan da çox oldu.Günorta çağıCavanlarının analarını ağlar qoymaq üçünMəhv edəni gətirdim.Qəflətən onları qorxu və dəhşətə saldım.
9
Yeddi uşaq doğan qadın zəifləyib can verdi,Onun günəşi günorta çağı batdı,Utanıb alçaldı.Onlardan sağ qalanlarınıDüşmənlərinin önündəQılınca təslim edəcəyəm”»Rəbb belə bəyan edir.
10
Vay mənim halıma!Ey anam, sən məni bütün ölkə iləMübahisə və dava etmək üçün doğmusan!Mən heç kəsə sələm vermədim,Heç kəs də mənə sələm vermədi.Ancaq hamı məni lənətləyir.
11
Rəbb dedi:«Bundan sonra mütləq səniXeyir üçün xilas edəcəyəm.Bəla və kədər vaxtı düşmənləriniSənə yalvarmağa məcbur edəcəyəm.
12
Dəmiri, şimaldan gələn dəmiri və tuncuKim qıra bilər?
13
Sənin sərvətini və xəzinələriniQarət malı kimi başqalarına havayı verəcəyəm.Bunu ölkənin hər tərəfindəSənin günahlarından ötrü edəcəyəm.
14
Mən səni tanımadığın ölkədəDüşmənlərinə qul edəcəyəm.Çünki qəzəbim od tutubSizi yandıracaq».
15
Sən bilirsən, ya Rəbb!Məni yada sal və qayğıma qal.Məni təqib edənlərdən qisasımı al,Səbirli olduğuna görə məni həlak etmə.Bil ki, Sənin üçün rüsvay oldum.
16
Sözlərini tapıb yedim,Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi.Çünki Sənə məxsusam,Ey Ordular Allahı Rəbb!
17
Kef çəkənlərin məclisində oturaraqSevinib coşmadım,Əlin üzərimdə olduğuna görəTək-tənha oturdum.Çünki məni qəzəblə doldurmuşdun.
18
Nə üçün ağrım kəsilməz,Yaram çarəsizdir,Şəfasına ümid yoxdur?Məgər mənim üçün suyu qurumuş,Etibarsız bir vadi olacaqsan?
19
Buna görə Rəbb belə deyir:«Əgər sən tövbə etsən,Səni yenə qəbul edib xidmətimə təyin edərəm.Əgər cəfəngiyat danışmaq əvəzinəQiymətli sözlər söyləsən,O zaman Mənim dilimlə danışacaqsan.Onlar özləri sənə tərəf dönəcək,Amma sən onlara tərəf qayıtmayacaqsan.
20
Səni bu xalq üçünMöhkəm tunc bir divar edəcəyəm.Sənə qarşı döyüşəcəklər,Ancaq qalib gələ bilməyəcəklər.Çünki Mən səninlə olacağam ki,Səni qurtarıb azad edim»Rəbb belə bəyan edir.
21
«Səni pis adamların əlindən azad edəcəyəm,Zülmkarların pəncəsindən satın alacağam».
← Chapter 14
Chapter 16 →