bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 9
Isaiah 9
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq.Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı,Gələcəkdə isə dənizkənarı yolu,İordan çayının o biri tayını,Müxtəlif millətlər yaşayan QalileyanıŞərəfə çatdıracaq.
2
Zülmətdə yaşayan xalqMöhtəşəm bir işıq gördü.Ölüm kölgəsi diyarında məskunlaşanlarınÜzərinə nur doğdu.
3
Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın,Əkib-biçənlərin fərəhləndiyi,Qənimət bölənlərin sevindiyi kimiOnlar da Sənin hüzurunda sevindilər.
4
Çünki onlara yük olan boyunduruğunu,Çiyinlərini döyən çomağını,Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisənMidyanlıların başlarına gətirdiyin gün kimi.
5
Döyüşdə geyilən çəkmələri,Qana bulanmış geyimləri yandırılacaq,Oda yem olacaq.
6
Çünki bizim üçün körpə doğuldu,Bizə oğul verildi,Hakimiyyət onun çiyinləri üzərində olacaq,Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah,Əbədi Ata, Sülh Hökmdarı olacaq.
7
Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.Ordular Rəbbinin qeyrəti bunu edəcək.
8
İsrail üzərində həyata keçirilsin deyəRəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.
9
Bütün xalq,Efrayimin, Samariyanın sakinləriBunu biləcək.Bu qürurlu, təkəbbürlü xalq belə deyir:
10
«Kərpic evlərimiz yıxıldı,Amma əvəzinə yonma daşdan evlər tikərik.Firon ənciri ağacları kəsildi,Amma biz onların əvəzinə sidr ağacları əkərik».
11
Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək,Yağılarını dirçəldəcək,
12
Aramlılar şərqdən,Filiştlilər qərbdənAğızlarını açıb İsraili udacaq.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
13
Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi,Ordular Rəbbini axtarmadı.
14
Buna görə Rəbb İsraildən başı, quyruğu,Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.
15
Baş – ağsaqqal və hörmətli şəxsdir,Quyruq isə yalan təlim verən peyğəmbərdir.
16
Bu xalqa yol göstərənlər onları azdırır,Onların ardınca gedənlər qırılır.
17
Buna görə də XudavəndOnların cavanlarına görə sevinməyəcək,Yetimlərin və dul qadınların halına yanmayacaq.Çünki hamı allahsızdır,Şər işlər görür,Hamının ağzından axmaq kəlmələr çıxır.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
18
Ona görə pislik alovlanıb-yanır,Tikanla qanqalı yandırıb-yaxır,Meşədəki kolluqlar məhv olur,Tüstü sütunları qalxır.
19
Ordular Rəbbinin qəzəbiÖlkəni od kimi yandırdı,Xalqı alov yandırıb-yaxır,Qardaş qardaşa rəhm etmir.
20
Adamlar orada-burada tapdıqlarını yeyəcək,Amma doymayıb ac qalacaq.Hər kəs öz uşağının ətini yeyəcək.
21
Menaşşe Efrayimi yeyəcək,Efrayim Menaşşeni.Sonra birlikdə Yəhudaya hücum edəcəklər.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
← Chapter 8
Chapter 10 →