bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 64
Isaiah 64
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, kaş göyləri yarıb enəydin,Dağlar hüzurunda sarsılardı!
2
Alov kolluğu yandıran kimi,Od suyu qaynadan kimiAdını yağılarına tanıtdıraydın,Millətlər önündə lərzəyə gələrdi!
3
Sən gözləmədiyimiz əzəmətli işlər edəndəEndin yer üzünə, dağlar önündə sarsıldı.
4
Ona etibar edənlər üçün belə işlər edən Allahı,Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
5
Sevinə-sevinə salehlik edəni,Yollarında Səni xatırlayanları qarşılayırsan.Amma biz günaha batdıq, Sən qəzəbləndin.Beləcə xeyli vaxt yaşadıq,Bəs biz necə xilas ola bilərik?
6
Hamımız elə bil ki murdarlandıq,Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir.Hamımız yarpaq kimi soluruq,Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
7
Sənin adını çağıran yoxdur,Sənə bağlanmaq üçün can atan yoxdur.Çünki bizdən üz döndərdin,Şər əməllərimizə görə bizi yox etdin.
8
Yenə də, ya Rəbb, Sənsən Atamız:Biz gilik, Sən isə dulusçu,Biz hamımız Sənin əlinin işiyik.
9
Ya Rəbb, çox qəzəblənmə,Şər əməllərimizi heç vaxt xatırlama,Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
10
Müqəddəs şəhərlərin səhraya,Sion çöllüyə döndü,Yerusəlim viran qaldı.
11
Atalarımızın Sənə həmd etdikləri yer –Müqəddəs, şanlı məbədimiz yandı,Gözəl binalarımız xaraba qaldı.
12
Bütün bunlardan sonra,Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı?Susub bizi nə qədər alçaldacaqsan?
← Chapter 63
Chapter 65 →