bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 46
Isaiah 46
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
«Bel allahı diz çökdü,Nevo allahı əyildi,Babilin bütləri heyvanlara, öküzlərə yükləndi,Daşınan əşyalar heyvanlara ağır yük oldu.
2
Onlar birgə əyildilər, diz çökdülər,Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.
3
Qulaq asın Mənə, ey Yaqub nəsli,Ey bütün İsrail nəslinin sağ qalanları!Anadan olandan sizi aparıram,Bətndən çıxandan sizi daşıyıram.
4
Siz qocalanacan Mən Oyam,Saçlarınıza dən düşənəcənMən sizi aparacağam,Sizi Mən yaratdım, Mən daşıyacağam.Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
5
Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız,Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
6
Kimsə pul kisəsindən qızıl çıxarır,Tərəzidə gümüş çəkir,Bu puldan zərgərə büt düzəltdirir,Sonra önündə yerə sərilib səcdə edir!
7
Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar.Beləcə büt durur, yerindən tərpənmir.Ona yalvarırlar, o cavab vermir,Heç bir bəladan qurtarmır.
8
Ey üsyankar insanlar, bunu xatırlayın,Mərd olun, yadınızdan çıxarmayın!
9
Qədimdən bəri olan hadisələri xatırlayın,Çünki Allah Mənəm, başqası yoxdur,Mənəm Allah, Mənə bənzəri yoxdur!
10
Axırı əvvəldən,Baş verməmiş hadisələri əzəldən bildirən,“Niyyətim baş tutacaq,İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
11
Şərqdən bir yırtıcı quşu,Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm.Mən bunları dedim,Mütləq yerinə yetirəcəyəm,Mən niyyət etmişəm, bunu icra edəcəyəm.
12
Ey salehlikdən uzaq olan dikbaş insanlar!Məni dinləyin!
13
Salehliyiniz yaxındır, uzaq deyil,Qurtuluşum ləngiməyəcək.Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.
← Chapter 45
Chapter 47 →