bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 4
Isaiah 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
O gün yeddi qadınBir kişinin yaxasından tutub belə deyəcək:«Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik,Təki adın üstümüzdə olsun,Bizi xəcalətdən qurtar».
2
O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər.
3
Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək.
4
Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək.
5
Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.
6
Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.
← Chapter 3
Chapter 5 →