bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 38
Isaiah 38
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
2
Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:
3
«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
4
Sonra Rəbbin sözü Yeşayaya nazil oldu:
5
«Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.
6
Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam.
7
Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur:
8
batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
9
Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
10
«Mən öz-özümə dedim:Ömrüm yarıya çatan zamanÖlülər diyarının qapısından keçməliyəm,Həyatımın qalan illərindən məhrum olmuşam.
11
Dedim, Rəbbi dirilər arasında,Bəli, Rəbbi bir daha görməyəcəyəm.Bu dünyada yaşayanlar kimiArtıq insan üzü görməyəcəyəm.
12
Evim çoban çadırı kimi dağıldı,Əlimdən alındı.Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi,Ya Rəbb, bu dəzgahdan məni kəsdin.Bir günün içində əcəlimi çatdırdın.
13
Səhərə qədər ağrılardan çığırdım,Rəbb aslan tək bütün sümüklərimi qırır.Bir günün içində əcəlimi çatdırdın.
14
Qaranquş kimi, durna kimi çığırdım,Mən göyərçin tək inləyirəm.Göyə baxmaqdan gözlərim yoruldu.Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
15
Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir.Çəkdiyim əzablardan sonra qalan illərimiSakit yaşayacağam.
16
Ya Xudavənd, adamları yaşadan Sənsən,Məni də Sən yaşadırsan.Məni yenə canlandıracaqsan,Yaşat məni!
17
Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu.Sən sevginlə canımı qəbirdən qurtardın,Bütün günahlarımı aradan götürdün.
18
Axı ölülər diyarı Sənə şükür etməz,Ölüm həmdlər söyləməz,Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.
19
Bu gün Sənə etdiyim kimiDirilər, yalnız dirilər Sənə şükür edər.Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
20
Rəbb mənə qurtuluş verdi,Ömrümüz boyu Rəbbin məbədindəSəni simli alətlərlə, ilahilərlə mədh edərik».
21
Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın».
22
Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»
← Chapter 37
Chapter 39 →