bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 35
Isaiah 35
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Səhra və quru torpaq sevinəcək,Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.
2
Hər yan gül açacaq,Şadlanacaq, sevincdən nəğmə oxuyacaq.Livanın gözəlliyi, şan-şöhrəti,Karmelin və Şaronun cah-calalı ona veriləcək.Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.
3
Zəif əllərə qüvvət verin,Əsən dizləri möhkəmləndirin.
4
Ürəklərində qorxanlara deyin:«Möhkəm olun, qorxmayın!Budur, Allahınızİntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir.O gəlib sizə qurtuluş verəcək!»
5
O vaxt korların gözləri, karların qulaqları açılacaq,
6
Axsaqlar ceyran kimi hoppanacaq,Lalların dili sevinclə nəğmə deyəcək,Çünki səhrada bulaqlar fışqıracaq,Quru torpaqda çaylar axacaq.
7
Qızmar qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.
8
Orada bir yol olacaq,O yol «Müqəddəs yol» adlanacaq.Murdar adam oradan keçməyəcək,O yol qurtuluş tapanların yoludur.Ora ilə gedənlərdən heç biri,Hətta ağılsızlar da keçsələr,Əsla yolunu azmayacaq.
9
Orada şirlər olmayacaq,Yırtıcı heyvanlar o yola çıxmayacaq,Onlara orada rast gəlməyəcəklər.Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.
10
Rəbbin satın alınmış adamları qayıdacaq,Sevinclə nəğmə deyərək Siona gələcək.Üzlərində əbədi sevinc olacaq,Onlar fərəh və şadlıq tapacaq,Kədər və qəm-qüssə yox olacaq!
← Chapter 34
Chapter 36 →