bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 33
Isaiah 33
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Vay halına, ey yıxıb-dağıdan,Amma özü yıxılmayan insan!Vay halına, ey xain adam,Hərçənd sənə qarşı xəyanət etməmişlər!Sən məhv edib qurtaran zamanÖzün də yıxılacaqsan,Sən xain əməllərindən dönəndəXəyanətlə rastlaşacaqsan.
2
Ya Rəbb, bizə qarşı lütfkar ol,Çünki Sənə ümid etmişik.Hər səhər bizim qüvvətimiz ol,Fəlakət günündə bizi qurtar.
3
Sənin qüdrətli səsindən xalqlar qaçır,Sən ayağa qalxarkənMillətlər pərən-pərən olur.
4
Çəyirtkələr tarlanı nə cür talan edirlərsə,Ey millətlər, qənimətiniz də o cür talan olacaq.Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.
5
Rəbb ucadır, yüksəklərdə oturur,Sionu ədalətlə və salehliklə doldurur.
6
O, yaşadığınız dövrün təməlidir,Qurtuluşun, hikmətin, biliyin mənbəyidir,Rəbb qorxusu sənin xəzinəndir.
7
Budur, millətlərin igidləri küçələrdə çığırırlar.Sülh qasidləri hönkürüb ağlayırlar.
8
Yollar boşalıb, səyyahlar yoxdur.Düşmən əhdi pozdu,Şəhərləri dağıtdı, adamları alçaltdı.
9
Ölkə yas tutur, zəifləyir,Livan məğlub olub, solub,Şaron səhraya dönür,Başan və Karmelin ağacları yarpaqlarını tökür.
10
Rəbb deyir:«İndi qalxacağam,İndi yüksələcəyəm,İndi ucalacağam.
11
Samana hamilə qalıb küləş doğacaqsınız,Nəfəsiniz sizi məhv edən alova dönəcək.
12
Xalqlar yanıb kül olacaq,Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.
13
Ey uzaqda yaşayanlar,Nə elədiyimi eşidin,Ey yaxında yaşayanlar,Mənim gücümü bilin».
14
Siondakı günahkarlar dəhşətə,Allahsızlar lərzəyə gəldi:«Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik?Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»
15
Amma salehlik yolu ilə gedən,Doğru sözlər danışan,Zorakılıqla əldə edilən qazancı rədd edən,Əlini rüşvətdən uzaq tutan,Qatillərin qurduğu qəsdə fikir verməyən,Pisliyə qarşı gözlərini yuman
16
Yüksəkliklərdə yaşayacaq,Təpələrin başındakı qalalar onun dayağı olacaq.O, çörəklə, su ilə təmin olunacaq.
17
Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək,Ucsuz-bucaqsız ölkəni seyr edəcək.
18
«Haradadır xərac yığan?Haradadır qeydiyyat aparan?Haradadır qüllələrə nəzər salan?» deyərəkDəhşətli günlər haqqında düşünəcəksən.
19
Anlaşılmaz, yad dildə danışanTəkəbbürlü xalqı daha görməyəcəksən.
20
Bayramlar keçirdiyimiz şəhərə – Siona bax!Gözlərin Yerusəlimi,Sarsılmaz çadırı, sülh məskənini görəcək.Onun payaları heç vaxt sökülməyəcək,Kəndirlərinin heç biri qırılmayacaq.
21
Lakin orada –Geniş çayların, irmaqların olduğu yerdəƏzəmətli Rəbb bizimlə olacaq.Oradan avarlı qayıqlar, böyük gəmilərKeçə bilməz.
22
Çünki Rəbdir hakim olan,Rəbdir qanunumuzu qoyan,Padşahımız Rəbdir, Odur bizi qurtaran.
23
Gəmilərinin ipləri boşaldı,Dor ağacları yerində möhkəm dayanmadı,Yelkənləri açılmadı.O vaxt böyük talan malı paylanacaq,Hətta topal adamlar da talan edəcək.
24
Heç bir Sion sakini«Xəstəyəm» deməyəcək,Orada yaşayan xalqın günahları bağışlanacaq.
← Chapter 32
Chapter 34 →