bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 31
Isaiah 31
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Kömək üçün Misirə enənlərin,Atlara güvənənlərin vay halına!Onlar döyüş arabalarının çoxluğuna,Süvarilərin gücünə bel bağlayır!Amma İsrailin Müqəddəsinə baxmırlar,Rəbbi axtarmırlar!
2
Lakin Rəbb tam hikmətə malikdir,O bəla gətirər, Öz sözlərini geri götürməz,Pislik edən adamlara,Günahkarlara kömək edənlərə qarşı çıxar.
3
Misirlilər Allah deyil, insandır,Atları da ətdəndir, ruhdan deyil.Rəbb Öz əlini uzadandaYardım edən büdrəyəcək,Yardım alan yıxılacaq,Hamısı birlikdə məhv olacaq.
4
Çünki Rəbb mənə belə dedi:«Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndəBir dəstə çoban ona qarşı haray salsa da,Aslan onların səslərindən qorxmur,Qışqırıqlarına məhəl qoymur.Ordular Rəbbi də elə enəcək,Sion dağını, onun təpələriniQorumaq üçün döyüşəcək.
5
Quş qanad açıb necə balalarını qoruyursa,Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq,Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək».
6
Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün!
7
Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız.
8
«Aşşurlular qılıncdan məhv olacaq,İnsan qılıncından yox.Onlar qılıncdan keçiriləcək,Amma bu insan qılıncı olmayacaq.Aşşurlular döyüş meydanından qaçacaq,Cavanları isə yaxalanıb qul olacaq.
9
Aşşur padşahı dəhşət içində qaçacaq.Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək».Bunu alovu Sionda,Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.
← Chapter 30
Chapter 32 →