bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 27
Isaiah 27
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
O gün Rəbb Livyatana,qaçan ilana,Bəli, Livyatana, qıvrılan ilanaAmansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək,Dənizdəki əjdahanı öldürəcək.
2
O gün Rəbb deyəcək:«Xoşladığım bağ üçün nəğmələr oxuyun!
3
Mən Rəbb, bağı qoruyuram,Tez-tez sulayıram,Gecə-gündüz keşiyində dururam ki,Heç kəs ona zərər verməsin.
4
Mən qəzəblənmirəm,Kaş qarşıma tikan və qanqal çıxaydı,Onda onlara qarşı çıxıb döyüşərdim,Hamısını odda yandırardım.
5
Yaxud qoy Mənə pənah gətirsinlər,Mənimlə barışsınlar,Bəli, qoy Mənimlə barışsınlar».
6
Yaqub nəsli gələcəkdə kök salacaq,İsrail şaxələnəcək, çiçəklənəcək,Yer üzünü bəhrələri ilə dolduracaq.
7
Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu?Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü?
8
Rəbb Öz xalqına hökm etdi,Qovub sürgünə göndərdi.Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.
9
Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq,Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq:Bütpərəst qurbangahların daşlarıTabaşir kimi ovulacaq,İlahə Aşeranın rəmzi olan sütunlarYa da buxur qurbangahlarıBir daha dikəlməyəcək.
10
İstehkamlı şəhər tənha, kimsəsiz yurd,Səhra kimi boş qaldı.Orada dana otlayıb yatacaq,Budaqları yeyib-qurtaracaq.
11
Şaxələri quruyanda qoparılacaq,Qadınlar gəlib onları yandıracaq.Bu xalq ağılsız olduğuna görəYaradan onlara rəhm etməyəcək,Xaliq onlara qarşı xeyirxah olmayacaq.
12
O gün Rəbb Fərat çayındanMisir vadisinə qədərÖz bəhrələrini yığacaq.Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!
13
O gün böyük şeypur çalınacaq,Aşşur torpağında itkin düşənlərləMisirə sürgün edilənlər gəlibYerusəlimdə Müqəddəs dağdaRəbbə səcdə edəcək.
← Chapter 26
Chapter 28 →