bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 11
Isaiah 11
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Yesseyin kötüyündən yeni bir fidan çıxacaq,Kökündən çıxan bir budaq bar verəcək.
2
Rəbbin Ruhu,Hikmət və anlayış ruhu,Öyüd-nəsihət və qüdrət ruhu,Bilik və Rəbb qorxusu ruhuOnun üzərində olacaq.
3
O, Rəbb qorxusunda sevinc tapacaq.Gözlərinin gördüyü ilə hökm etməyəcək,Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq.
4
Lakin o, yoxsullara haqq ilə hökm edəcək,Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq.Dünyanı ağzının dəyənəyi ilə vuracaq.Pis adamları ağzının nəfəsi ilə öldürəcək.
5
O, belini salehliklə qurşayacaq,Sədaqəti kəmər kimi taxacaq.
6
O gün qurdla quzu bir yerdə yaşayacaq,Bəbirlə çəpiş birgə yatacaq,Dana, gənc aslan və bəslənmiş mal-qaraYan-yana duracaq,Onları balaca uşaq gəzdirəcək.
7
İnəklə ayı bir yerdə otlayacaq,Onların balaları bir yerdə yatacaq,Şir də buğa tək saman yeyəcək.
8
Südəmər körpə əfi ilanınYuvası üstündə oynayacaq,Süddən kəsilmiş uşaqƏlini gürzənin yuvasına salacaq.
9
Müqəddəs dağımın heç bir yerindəHeç kimə zərər dəyməyəcək,Heç bir kəs o birisini məhv etməyəcək.Çünki sular dənizi bürüdüyü kimiDünya Rəbbin biliyi ilə dolacaq.
10
O gün Yesseyin kökü xalqlara bayraq olacaq,Millətlər ona tərəf yönələcəkMəskunlaşdığı yer izzətlə dolacaq.
11
O gün Xudavənd Aşşurdan,Misirdən, Patrosdan, Kuşdan,Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardanXalqının sağ qalanlarını qurtarmaq üçünİkinci dəfə əlini uzadacaq.
12
Millətlər üçün bayraq qaldıracaq,Əsir düşmüş İsrail övladlarını yığacaq,Dağılmış YəhudalılarıDünyanın dörd bucağından bir yerə gətirəcək.
13
Efrayimin qısqanclığı yox olacaq,Yəhudanı sıxışdıranlar məhv olacaq.Efrayim Yəhudaya qısqanmayacaq,Yəhuda Efrayimi sıxışdırmayacaq.
14
Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək,Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək,Edom və Moav torpaqlarını zəbt edəcək,Ammonlular onlara tabe olacaq.
15
Rəbb Misirdəki dənizin körfəziniBüsbütün qurudacaq.Fərat çayının üzərindəƏlini yellədərək səmum küləyi gətirəcək,O, çayı yeddi dərəyə böləcək,Adamlar oradan çarıqlarla keçə biləcək.
16
İsrail övladları Misir torpağından çıxdığı kimiRəbbin Aşşurda sağ qalan xalqı üçünBöyük bir çıxış yolu olacaq.
← Chapter 10
Chapter 12 →