bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 4
Hosea 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
«Ey İsrail övladları, Rəbbin sözünü eşidin,Çünki bu ölkədə yaşayanlarıRəbb ittiham edir.Sədaqət, məhəbbət, Allahı tanımaqBu yerdə yox olub.
2
Lənət, yalan, qətl, oğurluq və zinaHər yerə yayılıb.Qoluzorluluq edərəkQan üstünə qan tökürlər.
3
Bundan ötrü ölkə yas tutur,Orada yaşayan hər kəs bezib.Həmçinin çöl heyvanları, göy quşları,Hətta dənizdəki balıqlar da məhv olur.
4
Ancaq heç kəs dava etməsin,Heç kəs başqasını təqsirləndirməsin,Çünki Mənim davam səninlədir, ey kahin.
5
Sən gündüz büdrəyəcəksən,Peyğəmbər də gecə səninlə birgə.Sənin ananıməhv edəcəyəm.
6
Xalqım biliksizlikdən məhv oldu.Sən biliyi rədd etdiyin üçünMən də səni rədd edəcəyəm ki,Bir daha Mənə kahinlik etməyəsən.İndi ki öz Allahının qanununu unutdun,Mən də sənin balalarını unudacağam.
7
Kahinlər nə qədər çoxaldısa,Mənə qarşı o qədər çox günah etdi.Onların izzətini rüsvayçılığa çevirəcəyəm.
8
Xalqımın günahı ilə bəslənirlər,Onların qəbahətinə can atırlar.
9
Xalqın başına gələnKahinin də başına gələcək.Tutduqları yol üçün onları cəzalandıracağam.Əməllərinin əvəzini onlara ödəyəcəyəm.
10
Yeyəcəklər, amma doymayacaqlar,Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar,Çünki onlar Rəbbi tərk edibBaşqa allahlara könül verdi.
11
Zina, köhnə və təzə şərabOnların ürəklərini cəlb edib.
12
Xalqım ağacdan olan əşyaya sual verir,Əsalarından cavab alır,Çünki xəyanət ruhu onları azdırdı.Özlərinin Allahından ayrılıb xəyanət etdilər.
13
Dağların başında qurban kəsirlər,Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altındaKölgələri gözəl olduğu üçün buxur yandırırlar.Buna görə də qızlarınız fahişəlik edir,Gəlinləriniz də zinakardır.
14
Fahişəlik edən qızlarınızı,Zina edən gəlinlərinizi cəzalandırmayacağam.Çünki kişiləriniz fahişələrlə oynaşır,Məbəd fahişələri ilə birgə qurban kəsir.Dərrakəsiz xalq məhv olacaq.
15
Ey İsrail, sən xəyanət etsən də,Heç olmasa Yəhuda təqsirkar olmasın.Qilqala getməyin,Bet-Avenə çıxmayın.“Var olan Rəbbin haqqı üçün”Deyib and içməyin.
16
Bəli, İsrail inadkar bir düyə kimi inad etdi.İndi Rəbb onlarıOtlaqda quzu otaran kimi necə otarsın?
17
Efrayim bütlərindən yapışdı,Burax onu!
18
Onlar içkiləri qurtarandan sonraHələ pozğunluq da edir.Onların başçıları rüsvayçılığı çox sevir.
19
Külək onları qanadları ilə sarıyacaq,Qurbanlarından ötrü utanacaqlar.
← Chapter 3
Chapter 5 →