bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 14
Hosea 14
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Allahın Rəbbə üz tut, ey İsrail,Çünki günahlarından ötrü büdrədin.
2
Dua sözləri ilə Rəbbə tərəf dönün.Ona belə deyin:«Hər qəbahətimizi bağışla,Bizi mərhəmətlə qəbul et.Buğalar yerinə ağzımızdan çıxanŞükürləri təqdim edirik.
3
Aşşur bizi xilas etməyəcək,Atların belinə minməyəcəyik,Artıq əl işlərimizə“Allahlarımız” deməyəcəyik.Çünki yetim Səndən mərhəmət görəcək».
4
«Onların dönüklüyünə əlac edəcəyəm,Onları ürəkdən sevəcəyəm,Çünki qəzəbim onlardan vaz keçdi.
5
Mən İsrailə bir şeh olacağam,O, zanbaq kimi çiçək açacaq,Livan sidri kimi kök atacaq.
6
Qollu-budaqlı olacaq,Zeytun ağacı kimi gözəl olacaq,Livan sidri kimi ətir saçacaq.
7
Adamlar yenə də kölgəsi altında oturubBuğda kimi cücərəcək,Meynə kimi tumurcuqlayacaq,Şöhrəti Livan şərabı kimi olacaq.
8
Efrayim deyəcək:“Artıq bütlər nəyimə gərəkdir?”Mən onun səsini eşidəcəyəm,Ona nəzər salacağam.Mən həmişəyaşıl şam kimiyəm,Sənin bar verməyin Məndən gələcək.
9
Kim müdrikdirsə, bu sözləri dərk etsin,Kim dərrakəlidirsə, bunları başa düşsün.Çünki Rəbbin yolları düzdür.Salehlər o yollarla gedir,Ancaq üsyankarlar o yollarda büdrəyir».
← Chapter 13