bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hebrews 8
Hebrews 8
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub.
2
O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir.
3
Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır.
4
Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var.
5
Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi:«Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».
6
Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.
7
Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı.
8
Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir:«Rəbb bəyan edir:“İsrail xalqı və Yəhuda xalqı iləYeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.
9
Bu ƏhdAtalarını Misir torpağından çıxartmaq üçünƏllərindən tutduğum günOnlarla bağladığım əhdə bənzəməyəcək.Çünki onlar əhdimə sadiq qalmadılar,Mən də onlardan üz döndərdim”Rəbb belə bəyan edir.
10
“O günlərdən sonraİsrail xalqı iləBağlayacağım Əhd belədir”Rəbb bəyan edir,“Qanunlarımı onların zehinlərinə qoyubÜrəklərinə yazacağam.Mən onların Allahı,Onlar da Mənim xalqım olacaq.
11
Bir kəs öz həmvətənini yaxud qardaşını‹Rəbbi tanı› deyib öyrətməyəcək.Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.
12
Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam,Günahlarını daha yada salmayacağam”».
13
Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.
← Chapter 7
Chapter 9 →