bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Habakkuk 3
Habakkuk 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Peyğəmbər Habaqququn duası,Şiqqayonlarkökü üstündə.
2
Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim,Ya Rəbb, gördüyün işlərə görə qorxdum.Bizim vaxtımızda da eyni işlər gör,Bizim dövrümüzdə bunları bildir!Qəzəblənəndə mərhəmətini xatırla!
3
Allah Temandan,Müqəddəs Olan Paran dağından gəldi.SelaEhtişamı göyü bürüdü,Yer üzü Ona edilən həmd-sənalarla doldu.
4
Cah-calalı günəş tək parıldayır,Əlindən nur tökülür,Qüdrəti əlində gizli saxlanılıb.
5
Vəba Onun önündə gedir,Ölümcül xəstəlik arxasınca gəlir.
6
O durdu, yeri tərpətdi,Baxdı, millətləri sarsıtdı,Qədim dağlar dağıldı,Əzəldən qalan təpələr ona baş əydi.Allahın yolu əbədidir.
7
Gördüm ki, Kuşan çadırları əziyyət altındadır,Midyan çadırlarının pərdələri lərzəyə gəldi.
8
Ya Rəbb, məgər SənÇaylara qarşı qəzəblənmisən?Acığın irmaqlara qarşıdırmı?Yoxsa dənizə qarşı hiddətlənmisən?Axı atlarına, müzəffər döyüş arabalarına minmisən?
9
Yayını açdın,Oxdanını oxlarla doldurdun.SelaYer üzünü çaylarla yardın.
10
Səni görüb dağlar lərzəyə gəldi,Sellər hər yanı süpürüb axdı,Dərinliklər gurladı, dalğalar qalxdı.
11
Uçan oxlarının qığılcımından,İşıldayan nizənin parıltısındanGünəş və ay yerlərində durdu.
12
Yer üzündə qəzəb içində gəzdin,Millətləri hiddətlə tapdaladın.
13
Sən Öz xalqının qurtulması üçün,Məsh etdiyinin xilası üçün çıxdın,Şər nəslin başçısını əzdin,Təpədən dırnağa qədər onu soydun.Sela
14
Cəngavərləri fırtına təkBizi dağıtmağa gələndəOnların başını öz nizələri ilə deşdin.Onlar gizlənən zavallılarıMəhv edənlər kimi sevinərdi.
15
Sən Öz atlarınla dənizi tapdaladın,Coşğun suları köpüklətdin.
16
Eşitdim və varlığım lərzəyə gəldi,Səsindən dodaqlarım əsdi.Çürüklük sümüklərimə girdi,Dizlərim titrədi.Amma bizə hücum edən xalqınFəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.
17
Əncir ağacı tumurcuqlanmasa da,Meynələr bar gətirməsə də,Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da,Tarlalar məhsul yetişdirməsə də,Qoyun-keçi ağıllarda,Mal-qara tövlələrdə yox olsa da,
18
Mən yenə Rəbdə sevinc tapacağam.Xilasımın Allahı ilə şadlıqdan coşacağam!
19
Xudavənd Rəbb mənim qüvvətimdir,Ayaqlarımı marallar kimi çevik edir,Zirvələrimdə məni gəzdirir.Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.
← Chapter 2