bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Ezekiel 19
Ezekiel 19
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:
2
“Sənin anan nə idi?Şirlər arasında dişi bir şir!O, cavan aslanların içində yatardı,Balalarını bəsləyərdi.
3
O, balalarından birini böyütdü,Bala cavan bir şir oldu.Şikar etməyi öyrəndi,Adamları yeməyə başladı.
4
Millətlər onun xəbərini eşitdi,Bu şir onların quyusuna düşüb ələ keçdi.Burnuna halqa taxıb onuMisir torpağına gətirdilər.
5
Dişi şir boş yerə gözlədiyini,Ümid qalmadığını görəndəBalalarından birini götürübCavan bir şir etdi.
6
Bu bala şirlər arasında gəzirdi.O da cavan bir şir olubŞikar etməyi öyrəndi,Adamları yeməyə başladı.
7
Onların qəsrlərini dağıtdı,Şəhərlərini viran etdi.Bu şirin nərə səsindənÖlkə və onun əhalisi dəhşət içində idi.
8
Ətraf ölkələrin millətləriOnun üstünə gəldi,Öz torlarını üzərinə atdı,Bu şir onların quyusuna düşüb ələ keçdi.
9
Onun burnuna halqa taxıb qəfəsə saldılar.Onu Babil padşahının yanına gətirdilər.Sonra qalaya saldılar ki,İsrail dağları üzərindəBir daha səsi eşidilməsin.
10
Sənin anan da çay kənarındakı bağındaƏkilmiş bir üzüm tənəyi kimi idi.Bol sulardan bəhərli oldu,Çoxlu qol-budaq verdi.
11
Onun budaqlarıPadşah əsası olacaq qədər gücləndi,Boyu hündür ağaclara qədər ucaldı,Onun çoxlu budaqları iləHündürlüyü görünürdü.
12
Ancaq onu qəzəbləKökündən çıxarıb yerə atdılar,Şərq küləyi onun meyvəsini qurutdu,Möhkəm budaqları qoparıldı,Onlar qurudu,Onları od yandırıb-yaxdı.
13
O indiÇöldə, quraq və susuz torpaqda əkildi.
14
Gövdəsinin bir budağından od çıxdı,Onun meyvəsini yandırıb-yaxdı.Onda padşah əsası olmaq üçünBir möhkəm budaq da qalmadı”.Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».
← Chapter 18
Chapter 20 →