bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Deuteronomy 27
Deuteronomy 27
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin.
2
İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin.
3
Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın.
4
Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin.
5
Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin.
6
Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin.
7
Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin.
8
Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın».
9
Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz.
10
Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin».
11
O gün Musa xalqa belə dedi:
12
«İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin.
13
Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali.
14
Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin:
15
“Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!”Bütün xalq cavab versin: “Amin!”
16
“Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!”Bütün xalq desin: “Amin!”
17
“Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!”Bütün xalq desin: “Amin!”
18
“Qoy kor olanı yoldan azdırana lənət olsun!”Bütün xalq desin: “Amin!”
19
“Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!”Bütün xalq desin: “Amin!”
20
“Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”.Bütün xalq desin: “Amin!”
21
“Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!”Bütün xalq desin: “Amin!”
22
“Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!”Bütün xalq desin: “Amin!”
23
“Qoy qayınanası ilə yatana lənət olsun!”Bütün xalq desin: “Amin!”
24
“Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!”Bütün xalq desin: “Amin!”
25
“Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!”Bütün xalq desin: “Amin!”
26
“Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!”Bütün xalq desin: “Amin!”
← Chapter 26
Chapter 28 →