bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Amos 6
Amos 6
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Vay halınıza, ey Sionda laqeyd olanlar,Samariya dağında arxayın oturanlar,İsrail nəslinin müraciət etdiyiMillətlər arasında adlı-sanlılar!
2
Kalneyə keçib görün,Oradan böyük Xamata gedin,Filiştlilərin Qat şəhərinə gəlin.Onların halı bu ölkələrdən daha yaxşıdırmı?Onların ərazisi sizinkindən böyükdürmü?
3
Vay halınıza, ey bəla gününü uzaq sanıbZorakılığı taxtına yaxınlaşdıranlar!
4
Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb,Yataqlarda uzanıb,Sürüdəki quzulardan,Axurun yanındakı danalardan götürüb yeyənlər!
5
Çəng çalıb bədahətən oxuyanlar,Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər,
6
Piyalə-piyalə şərab içənlər,Bədənlərinə əla yağlar sürtənlər,Lakin Yusif nəslinin qırğınına görəNarahat olmayanlar!
7
Bundan ötrü indi sürgünəBaşda siz gedəcəksiniz.Keflənib yayxananların ziyafəti başa çatacaq.
8
Xudavənd Rəbb Öz haqqına and içir,Ordular Allahı Rəbb bəyan edir:“Yaqub nəslinin qüruruna nifrət edirəm,Qalalarından zəhləm gedir.İçində olanlarla birlikdəPaytaxtlarını təslim edəcəyəm”.
9
Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək.
10
Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”.
11
Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq.
12
Qaya üzərində atlar çaparmı?Orada kim öküzlərlə kotan sürər?Siz isə ədaləti zəhərə döndərmisiniz,Bəraəti də acıya çevirmisiniz.
13
Ey Lo-Devarıtutub “Qarnayimiöz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar!
14
Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.
← Chapter 5
Chapter 7 →